Ötən gecə İspaniya La Liqasında "El Klassiko" baş tutdu. Goal.az xəbər verir ki, "Barselona" - "Real" oyunundan əvvəl klub prezidentləri Barselonanın ən bahalı restoranında şam yeməyi yeyiblər. Bu zaman isə "Barselona”nın prezidenti Xosep Bartomeu İspaniya Kubokunun "Atletik"lə final oyununun "Santyaqo Bernabeu” stadionunda keçirilməsi ilə bağlı Madridin "Real” klubunun prezidenti Florentino Peresə müraciət edib. Ancaq Peres bu təklifə "yox" deyib. "Real"ın prezidenti buna səbəb kimi "Atletik"in təmsil olunduğu bask azarkeşlərinin seperatçı şüar səsləndirəcəyindən ehtiyat etdiyini və madridlilərə nifrət etmələrini səbəb göstərib.