Sumqayıtda intihar cəhdin qarşısı alınıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Aparılan psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb.
Mənbə
ANS PRESS