Uşağın anasına bu qədər hiddətlənməsinə səbəb isə qadının onun mobil telefonunu əlindən alması olub. Telefonundan məhrum olan qız anası üçün hazırladığı meyvə şirəsinin içərisinə yuyucu vasitə qatıb. Ana şirədən xlor dadı gəldiyini hiss etsə də qızının stəkanları yaxşı yumadığını düşünüb. Qızının onu öldürmək istəyə biləcəyini isə ağlından keçirməyib.
Vəziyyəti pisləşən qadın dərhal xəstəxanaya çatdırılıb. 4 günlük müalicədən sonra o yenidən evinə qayıda bilib. Lakin 12 yaşlı qızın hirsi soyumayıb və o anasını aradan götürmək üçün yeni plan hazırlayıb. Bu dəfə onun otağındakı su qabına kimyəvi məhlul qatıb. Qadın daha ehtiyatlı davranıb. Suyun qoxusundan şübhələnən kimi qızı ilə danışıb və baş verənləri polisə bildirib.
Telefona görə anasının həyatına son qoymaq istəyən qız islah müəssisəsinə göndərilib.
Milli.Az