“NETTY 2015”də iştiraka 200-dən çox sayt, layihə və proqram təminatı qəbul edilib
Bakı, 23 mart, AZƏRTAC
“NETTY 2015” Azərbaycan Milli İnternet Mükafatında iştirakla bağlı ərizələrin qəbulu davam edir. Artıq 200-dən çox sayt, layihə və proqram təminatı iştiraka qəbul edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ərizələrin qəbulu aprelin 24-dək davam edəcək. Müsabiqə çərçivəsində “Azərbaycan”, “Dövlət saytı” , “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Korporativ sayt”, “Elektron kommersiya sahəsində ən yaxşı sayt” “Əyləncə”, “İdman”, “Şəxsi sayt” nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək.
Müsabiqə çərçivəsində “Mobil qurğular üçün ən yaxşı proqramlar”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə”, “İlin İT hadisəsi” fəxri nominasiyaları üzrə də mükafatlar veriləcək.
Sonuncu nominasiya ilə bağlı qaliblər “Dövlət hakimiyyəti və idarəetmə orqanlarında ən yaxşı İT layihə”, “Biznes üçün ən yaxşı İT layihə”, “İctimai əhəmiyyətli ən yaxşı İT layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.)”, “Xaricdə Azərbaycan İT-nin inkişafını nümayiş etdirən İT layihə” istiqamətləri üzrə müəyyən ediləcək.
Müsabiqə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilir. Müsabiqənin tərəfdaşları qismində “BakuTel” sərgisi, “Tabasko Branding Bureau” və “SmartHost” şirkətləri çıxış edirlər.
Qeyd edək ki, “NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47