Bakı, 22 mart, AZƏRTAC
Venesuelanın şimalında avtobusun yarğana aşması nəticəsində ən azı 11 nəfər həlak olub, 36 nəfər yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Avtobus Ansoateqi ştatının Puerto-la-Krus şəhərindən Araqua ştatının paytaxtı Marakay şəhərinə gedirmiş.