Azərbaycan, Bakı, 22 mart /Trend/

Erməni hərbçisi Azərbaycan tərəfinə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə bir fakt var.

"Bu yəqin ki, ermənilərin öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır", - məlumatda deyilir.

Rəsmi məlumat əlavə olaraq veriləcəkdir.

Bundan öncə Ermənistan KİV-lərinin yaydığı məlumata görə, erməni hərbçisi Andranik Qriqoryan martın 22-də Azərbaycan tərəfinə keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az