Hər 20 dəqiqədə bir qadının təcavüzə uğradığı Hindistanda Pradnya Mandhare adlı qızın cəsarəti hər kəsi çaşdırdı.

Milli.Az Haberturk-ə istinadən bildirir ki, universitet tələbəsi olan 20 yaşlı bu qız ona təcavüz etməyə çalışan kişini polisə təhvil verib.

Mail Online yazır ki, Bombeydə stansiyada qatar gözləyən Pradnyaya sərxoş bir kişi təcavüz etməyə çalışıb. Qız da əli və çantasıyla kişini o ki var döyüb, sonra da saçından yapışaraq yaxınlıqdakı polis idarəsinə aparıb.

Hadisə zamanı kimsənin ona yardım etmədiyini söyləyən Pradnya deyib: "Qadınlar şiddət və təcavüz qarşısında səslərini çıxarmırlar. Mən isə bu alçağın cəzasını çəkməsini istədim. Saçından tutub polisə aparanda buraxmağım üçün yalvarırdı mənə".

Milli.Az