Bakı, 22 mart, AZƏRTAC 
Yaponiyanın elektron avadanlıqları istehsal edən “Sharp” şirkəti yenidən strukturlaşdırma tədbirləri çərçivəsində iş yerlərinin ixtisarına başlayıb. “Euronews”un məlumatına görə, şirkət dünya üzrə 6 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bu rəqəm işçi qüvvəsinin 12 faizini təşkil edir. İxtisar ediləcək əməkdaşlardan 3 min nəfəri şirkətin mərkəzi ofisində çalışır.
Məlumata görə, “Sharp” Şimali Amerika və Meksikada televizor istehsalını dayandırmağı da planlaşdırır. Bu il ərzində şirkətin 250 milyon dollar itki ilə üzləşəcəyi gözlənilir. İlin əvvəlindən “Sharp”ın səhmləri 3,5 faiz ucuzlaşıb.