Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya DİN-in yerli idarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Patrul zamanı polis post-patrul xidmətinin 3 əməkdaşı 3 vətəndaşı saxlayıb. Baxış zamanı polislər saxladıqları şəxslərin ümumilikdə 8 min rublunu və mobil telefonunu oğurlayıblar. Sonra həmin vətəndaşlar hər hansı sənəd tərtib edilmədən sərbəst buraxılıblar", - məlumatda deyilir.
Bildirilir ki, hadisədən sonra həmin polislər iş vaxtı saxlanılıblar.
Onlar hüquq mühafizə orqanlarından kənarlaşdırılacaqlar və müvafiq cəzanı da çəkəcəklər.
Milli.Az