Anspress-in məlumatına görə, İŞİD silahlılarının bu ölkədə törətdikləri zorakılıqlarla əlaqədar bir sıra qətnamələrin qəbul olunacağı gözlənilir.
Yəmən hökuməti paytaxt Sənadakı gərgin vəziyyətlə əlaqədar müvəqqəti olaraq Ədən şəhərini ölkənin paytaxtı elan edib.
Bu arada, məscidə edilən hücum zamanı ölənlərin sayının 150-yə çatdığı bildirilir.
Prezident Mənsur Hadi üsyançıları silahı tərk etməyə səsləyib.
Bir qədər əvvəl üsyançıların ölkənin üçüncü ən böyük şəhəri Taizdə də strateji binaları zəbt etməsinə dair xəbərlər yayılıb. BBC (BiBiSi) telekanalının verdiyi məlumata görə, şəhərin hava limanı da üsyançıların nəzarəti altına keçib.
Hazırda husilər ölkənin 21 vilayətindən 9-una nəzarət edirlər.
Milli.Az