Əvəzində isə, Almaniyadan ikinci dünya müharibəsi zamanı ölkəyə dəyən ziyana görə 11 milyard dollar məbləğində təzminat tələb edir. Yunan hökuməti müharibə dövründə ölkədə 200-dən çox mülki vətəndaşın qətlə yetirildiyini əsas gətirib.
Bir qədər əvvəl Yunanıstanın maliyyə naziri Yanis Varufakisin Almaniya hökumətinə təhqiramiz işarə göstərməsi isə münasibətlərin daha da pisləşməsinə səbəb olub.
Nazir videonun saxta olduğunu desə də, Almaniya hökuməti araşdırmadan sonra videoda heç bir manipulyasiyanın olmadığını açıqlayıb.
Almaniyanın Der Şpigel jurnalı iki ölkə arasındakı münasibətləri jurnalın üz qabığına yerləşdirdiyi fotoşəkillə təsvir etməyə çalışıb. Fotoşəkildə Almaniya kansleri Angela Merkel vermaxt zabitlərinin əhatəsində Afina akropolunun qarşısında təsvir olunur.
Milli.Az