Hər dəfə hamiləlik xəbərlərini təkzib edən aktrisa Vilma Elles gözlənilməz addım atıb. Anspress-in məlumatına görə, sevgilisi Kerem Göğüşdən hamilə qalan aktrisa İstanbulda keçirilən Moda Həftəsində podiuma çıxıb.

İstanbulu moda şəhəri kimi yaddaşlara həkk edəcək Moda Həftəsində brendlər özlərinin 2015-2016 payız-qış kolleksiyasını təqdim etməklə yanaşı, modelyer dizaynerlər də kreativ əl işlərini nümayiş etdiriblər. Moda Həftəsinə damğasını vuran isə modelyer Tanju Babacanın "Mercedes Benz Fashion Week İstanbul" çərçivəsində nümayiş etdirdiyi kolleksiyası olub.

Podiuma çıxan növbəti model "Öylə bir keçer zaman ki..." serialında oynadığı Karolina rolu ilə məşhurlaşan Vilma Elles (Wilma Elles) olub. Aktrisa öz çıxışı ilə modasevərləri maraqlandıra bilib. Qarnı açıq qıyafətlə podiumda poza verən Elles dörd aylıq hamilə olduğunu belə nümayiş etdirib. Vilma əllərini belinə qoyaraq kameralara poza verib.




Milli.Az