Sarı-qırmızılılar xal hesabını 55-ə çatdırıb
Türkiyədə Spor Toto Super Liqasının 25-ci həftəsində "Qalatasaray" və "Kasımpaşa" klubları üz-üzə gəlib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan stadionunda keçirilən oyunda sarı-qırmızılılar ikinci hissədə üstünlüyü ələ ala bilib.

"Kasımpaşa" 17-ci dəqiqədə Andre Kastro və 43-cü dəqiqədə Tunay Torunun vurduğu qollarla fasiləyə üstün şəkildə yollanıb. Lakin ikinci hissədə "Aslanlar" rəqibinə şok yaşadıb.

Belə ki, sarı-qırmızılılar 52-ci dəqiqədə Səlcuq İnan, 55-ci dəqiqədə Umid Bulut və nəhayət 65-ci dəqiqədə Burak Yılmazın qolları ilə rəqibini göz açmağa imkan verməyib.

Matç 3:2 hesabı ilə başa çatıb.

Milli.Az