Tərtər, 21 mart, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ərazidəki hərbi hissələrdə Novruz bayramına həsr olunan silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, rayon ictmaiyyətinin nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədənövbəti tədbirdə çıxış edənlər ön cəbhədə düşmənlə üz-üzə dayanan zabit və əsgərləri Novruz bayramı  münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını söyləyiblər
Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Tərtər rayonu ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi maraqlı konsert proqramları ilə çıxış edib. Bayram tədbirində əsgərlər   özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxuyub, rəqs edb,  bacarıqlarını göstəriblər.
Sonra hərbi hissələrə bayram sovqatı verilib.