Gəncə, 21 mart, AZƏRTAC
Martın 21-də sübh tezdən Gəncədəki Heydər Əliyev park-kompleksindəki Zəfər tağının qarşısına toplaşan məktəblilərin sevinci hədsiz idi.Bu sevincə onların valideynləri, eləcə də şəhərin icra haimiyyəti, təhsil işçiləri qə qoşulmuşdular. Şagirdlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikasına yola düşəcəkdilər.
AZƏRTAC xəbər verir ki, xüsusi geyimlə təmin olunmuş, Gəncə, Samux, Göygöl, Ağstafa, Tovuz və Gədəbəy məktəblilərindən ibarət qrup yola düşməzdən əvvəl keçirilən toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov  maarifləndirmə məqsədi daşıyan bu tur-aksiya zamanı məktəblilər üçün doğma vətənlərinin hər bölgəsi haqqında daha geniş bilgilər əldə etmək imkanı yarandığını diqqətə çatdırıblar. Bildirilib ki, bu gün respublikamızın hər bölgəsi kimi dünyaya böyük şəxsiyyətlər bəxş etmiş Naxçıvan da özünün çiçəklənmə dövrünü yaşayır.Məktəblilər  dörd günlük  tur-aksiya zamanı muxtar respublikanın tarixi, qədim abidələri ilə yanaşı onun bugünkü inkişafı ilə də yaxından tanış olacaqlar.
Qrupun rəhbəri, Gəncə metodiki mərkəzin əməkdaşı Yasin Məmmədov tur-aksiya ilə bağlı fikirlərini bildirib :”Gündən-günə gözəlləşən respublikamız artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır.Demək olar ki, hər gün müxtəlif yeniliklərin şahidi oluruq.Ölkə başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyanın keçirilməsinin də əsas məqsədi məktəblilərimizi bölgələrlə daha yaxından tanış etməkdir.Bu gün respublikamızın qərb bölgəsinin bir qrup şagirdi ilə birlikdə Naxçıvan Muxtar Respublikasına yola düşürük.Bu, məni də, qrupumuzun hər bir üzvünü də sevindirir.  Azərbaycanın dilbər guşələrindən olan Naxçıvanı gəzmək, onun tarixi abidələrinə baxmaq, müasir gözəlliklərini görmək çoxdankı arzumuz idi”.
Sonra tur-aksiya iştirakçıları valideynlərin və onları yola salmağa gələn şəhər icra hakimiyyəti nümayəndələrinin, həmçinin şəhər təhsil idarəsi işçilərinin xeyir-duası ilə  paytaxt Bakıya, ordan isə təyyarə ilə Naxçıvan Muxtar Respuiblikasına yola düşüblər.