Cənub bölgəsinin məktəbliləri tur-aksiyadan razılıqlarını bildirblər
Salyan, 21 mart, Mahir Babayev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarının məktəblərindən olan iştirakçıları martın 21-də Salyan-Bakı-Naxçıvan marşrutu istiqamətində yola düşüblər.
AZƏRTAC xəbər verir ki, bu münasibətləşəhərin Heydər Əliyev parkında təşkil olunmuş tədbirdə rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tur-aksiyanın iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qrupun rəhbəri, Salyan rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Cəbrayılova AZƏRTAC-a müsahibəsində deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə həyata keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları-Cənub bölgəsi rayonlarının ümumtəhsil məktəblərindən olan 45 nəfər IX-XI sinif şagirdi dörd gün ərzində Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, muzeyləri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaq, Azərbaycanın bu dilbər guşəsi barədə biliklərini zənginləşdirəcəklər. Regionla tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Məktəblilərə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”.
Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Zərxanım Ağabəyli də tur-aksiyanın təşkilindən razılıq edərək məktəblilələrə belə bir imkanın yaradılmasına görə həmyaşıdları adından dövlətimizin başçısına minnətdarlğını bildirib.
Meydana toplaşanların alqışları altında məktəbliləri aparan avtobus Salyandan Bakıya yola düşüb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47