Azərbaycan, Bakı, 21 mart /Trend/

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulacaq.

Trend-in məlumatına görə, saat 19:00-da Danimarka və Belçika, saat 21:30-da isə Ukrayna və Azərbaycan milli komandaları qarşılaşacaq.

Hər iki oyun Bakıda Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, iki turdan sonra Azərbaycan və Ukrayna milli komandaları 6 xol toplayıblar. Top fərqinə görə millimiz turnir cədvəlində birinci yerdə qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az