"Mançester Yunayted" futbolçusu Maykl Kerriklə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2015/2016 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, M.Kerrik bu mövsüm İngiltərə Premyer Liqasında oynadığı 15 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xatırladaq ki, M.Kerrik 2006-cı ildən "Mançester Yunayted"də çıxış edir.

Milli.Az