Bu səhər Bakı ətrafılnda yerləşən Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib. Xəbərə görə, yanğın binanın 6-cı mərtəbəsində yerləşən mənzillərin birində baş verib.

Ümumi sahəsi 52 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın 20 kvadratmetr sahəni əhatə edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS