Azərbaycan, Bakı, 21 mart / Trend, müxbir İlhamə İsabalayeva/

Lənkəran şəhərində fitnes zalı yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zal yanıb. Yanğın zamanı zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az