"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,86% artaraq 7 022,51 bənd, Almaniya DAX-ı 1,18% bahalaşaraq 12 039,37 bənd, Fransa CAC-40-ı isə 1,00% bahalaşaraq 5 087,49 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,03% artaraq 1 181,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0821 (+1,29%) təşkil edib.