Lənkəranda fitnes zalında yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Mənbə
ANS PRESS