Rusiyaya qarşı fond işə düşür
Yaxşı İdarəçilik Fondunun (Good Governance Fund) fəaliyyəti Soyuq müharibə illərində o vaxtkı baş nazir Margaret Thatcherin təşəbbüsü ilə başlanmış proqram əsasında qurulacaq.
1989-cu ildə qəbul olunmuş bu proqram Macarıstan, Polşa və Çexoslovakiya da daxil SSRİ-nin təsir dairəsinə aid ölkələrdə vətəndaş təsisatlarının, bazar iqtisadiyyatının və səmərəli idarəçilyin inkişafına xidmət edib. Bu barədə Bloomberg saytına fonddan adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər.
Kameron Avropa İttifaqı liderlərinin ötən cümə axşamı Brüsseldə keçirilən sammitində deyib ki, sözü gedən fond həmçinin şərqi Avropa ölkələrində energetika və bank sistemlərinin modernləşdirilməsinə dəstək verəcək.
Fondun dirçəldilməsi barədə etdiyi çıxışda Kameron deyib ki, Avropa İttifaqının sərhədlərində etibarlı partnyorların olması, təkcə Britaniyanın təhlükəsizliyi deyil, həm də uzunmüddətli çiçəklənməsi üçün mühümdür.
Baş nazir qeyd edib ki, xüsusən də Rusiyanın apardığı təhdid siyasəti şəraitində Britaniyanın təcrübəsi regionda möhkəm sabitiliyin yaradılması istiqamətində həyata keçirilən islahatların dəstəklənməsi üçün yaxşı nümunə ola bilər.
Ukraynadakı böhrana səbəb bu ölkənin təsisatlarının zəifliyi, korrupsiya və bazar iqtisadiyyatının yaradılmasına keçmiş SSRİ-də Moskvanın törətdiyi əngəllər olub.
Müşahidəçilər vurğulayırar ki, bu fondun gələcək genişləndirilməsi, baş nazir Kameronun Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasına çağırışı ilə əlaqədardır.
Son illərdə Rusiya keçmiş sovet respublikaları ilə liderlik etdiyi Avrasiya İttifaqı çərçivəsində münasibətlər qurmağa çalışır.
Business İnsider məcmuəsi yazır ki, Avropa İttifaqının sanksiyaları, neftin qiyməti və rublun zəifləməsi Moskvanın bu ambisiyalarını xeyli zəiflədib. Mənbə
BBC
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47