Müstəqilliyimizi İt tiham-ham edənlərə cavab! (VİDEO)
Guya Bakıda itlərin kütləvi qırğını baş verib. Guya onlara lap erməni soyqırımı yaşatmışıq. Əzizlərim, məsələ itdə deyil. Əlbəttə, Bakı Avropanın ilk oyunlarını qəbul etməyə hazırlaşır və buna görə müəyyən sanitariya və gigiyena tədbirləri görür. Amma indi kimsə şəhəri it-qurddan təmizləməyi öz idrakı çərçivəsində həyata keçirirsə, dövlətə ayı, daha doğrusu it xidməti göstərirsə, buna Azərbaycan Dövləti neyləsin.
Azərbaycanda sahibsiz itlər varsa, onlara qarşı amansız davranan kimlərsə varsa, problemə nəvazişlə yanaşanlar, məsələn, yiyəsiz itlər üçün xüsusi sığınacaqlar tikilməsi ideyasını həyata keçirən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da var. Və mən qəti inanmıram ki, Ukraynada gündüzün günorta vaxtı küçənin düz ortasında dinc insanları atəşə tutaraq it kimi gəbərdənlərə göz yumanlar, bizim itlərə gözlərini səmimi bərəldirlər. Prezident İlham Əliyevin təbirincə desək, bütün bəlalarımızın səbəbi dövlət müstəqilliyimizdir. Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqilliyimiz heç də hamıya xoş gəlmir. Bunun nəticəsidir ki, bəzi xarici qüvvələr Azərbaycana qarşı açıq kampaniya aparırlar.
“Bu kampaniya əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər forma alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük”, - deyə İlham Əliyev bildirib.
Özü də ən maraqlısı budur ki, hər bir oxşar mötəbər tədbirimizi qaralayan təxminən eyni qurumlardır. Məsələn, “The İndependent”in öz səhifəsinə tula bağlaması mənim yadıma onun London olimpiyadasında Azərbaycan idmançılarının təmiz qızıl medallarına qəlp qatmaq istəyini salır. Bəli, dünyanın böyük dövlətləri güclənməkdə, deməli onlara rəqib olmaqda olan Azərbaycana qurd kimi baxırlar. Çünki dünyaya yeni oyunçu gəlir. Təbii ki, öz imkanları və iddiasıyla. Öz hədəfləri ilə. Onunla da hesablaşmaq lazım gələcək. Köhnə oyunçular isə bunu istəmirlər. Çünki hələ meydanda olanların özlərinin bir-biri ilə hesablaşmaqda problemləri var. Bu yandan da Azərbaycan. Ona görə də Azərbaycanın qara daşlarını gəmirirlər. Bu gün bizə irad tuturlar ki, itləri yığışdırırıq, amma onları yığışdırmasaydıq, onda da Azərbaycanı it tiham edəcəkdilər və bar-bar bağıracaqdırlar ki, ay aman ora getməyin sizi it tutar! Cırtdanın nağılın danışırlar lap. Beləliklə, əzizlərimiz, əslində bu it-qurd davası deyil, müstəqillik davasıdır. Azərbaycan oyuna sürətlə daxil olan və necə deyərlər iti sıçrayan ciddi oyunçudur. Və bütün problemlər də elə buna görədir. Yoxsa niyə Türkmənistana Türkmənistanlığı irad tutulmur. Çünki, fantastik həcmdə enerji ehtiyyatları varsa da, oyunçu deyil. Heç bir iddiası da yoxdur.
Azərbaycan isə Avropaya daxil olan elə unikal dövlətdir ki, bir-birilə düşmən olan dövlətlər belə ona qarşı birləşə bilirlər. Deməli, məsələ heç də Avropanın ilk Oyunlarında filanda deyil. Oyunlar ətrafında başqa oyunlar var. Müstəqillik, müstəqillik və müstəqillik. Bu o qədər ağır bir dəyərdir ki, onun uğrunda insanlar uf demədən həlak olur, siz isə itlərin ölümündən danışırsınız.
Amma bü müstəqilliyi hərə öz yerində qorumalıdır. Lap elə küçələri it-pişikdən təmizləyənlər də. Axı Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyəti nəticəsində fantastik işlər görülüb, qısa müddətdə Azərbaycan demək olar ki, bütün rekordları qıraraq oyunlara hazırdır. Bir halda ki, dövlət başçısının təbirincə desək, bizə dünya səviyyəsində təzyiqlər var, deməli miqyası və çəkisindən asılı olmayaraq hər bir məmur öz yerində bu təzyiqlərə hazır olmalıdır.
Olmalıdır ki, məhdud beynəlxalq ictimaiyyət və ya it-cimaiyyət bizə irad tutmasın. Elə Avropanın ilk Oyunlarının təşkilat komitəsinin fəaliyyəti nəticəsində işləri olduqca asanlaşmış Gənclər və İdman Nazirliyinin heç olmazsa, sahibsiz it qabağına çıxarmağa adamı olmalıdır… Ona görə də hər birimiz sadəcə azərbaycanlı və sadəcə Azərbaycanla olmaq. Bunu həm də Novruz arzusu tək qəbul edin. Bayramımız və bayrağımız mübarək!
Mənbə
ANS TV: Mir Şahin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47