Bakı, 20 mart, AZƏRTAC
Binəqədi rayonunda ümumi sahəsi 90 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 2-ci mərtəbəsində bir otağın içərisindəki əşyalar yanıb və yüksək temperaturdan 1 ədəd televizor əriyib. Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb. Ev sahibinin həyat yoldaşı isə yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.