Türkiyə “Radio Televiziya Ali Şurası” (RTÜK) “Fox” telekanalında nümayiş olunan “Unutma məni” serialında oyuncaq meymuna Əli adının verilməsini cəzalandırıb.

ANS PRESS-in məlumatına görə, qərara, bu hərəkətlə müsəlman cəmiyyəti üçün mənəvi dəyəri son dərəcə böyük olan İslam böyüyünün təhqir olunması səbəb göstərilib.

“Fevralın 26-da nümayiş olunan “Unutma məni” adlı serialda Əli adının oyuncaq meymunla eyniləşdirilməsi müsəlman cəmiyyətində mənəvi dəyəri son dərəcə böyük olan İslam böyüyünün təhqir olunması kimi qəbul olunacağı nəzərə alınaraq proqramın ictimaiyyətin milli və mənəvi dəyərləri ilə təzad təşkil edə bilməyəcəyi barədə 6112 saylı qanunun 8/1/f maddəsinin pozulduğu nəticəsi hasil olub və bu sbəblə də səs çoxluğu ilə kanalın cəzalandırılmasına qərar verilib” – deyə RTÜK-ün açıqlamasında bildirilir.
Mənbə
ANS PRESS