İŞİD terror qruplaşması çərşənbə günü baş vermiş və 23 nəfərin ölümü ilə nəticələnmiş Tunis muzey basqını ilə əlaqədar məsuliyyəti öz üzərinə götürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə radikal islamçı fəalların monitorinqini aparan SITE təşkilatı xəbər yayıb.

Təşkilatın “tvitter”lə səhifəsində bildirilir ki, teraktla bağlı 9 şübhəlinin həbs olunub və şübhəlilər arasında İŞİD-çilər də var. Onların adları Əbu-Zəkəriya əl-Tunisi və Əbu-Ənəs əl-Tunisi olaraq göstərilir.

Onu da qeyd edək ki, indiyədək 3-5 min arası tunisli İŞİD-ə qoşulub və onlardan artıq 500-ü geri qayıdıb.
Mənbə
ANS PRESS