“Neftçi” “ofsayd”da qaldı
Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı baş məşqçi Robert Prosineçki bu postdakı debüt matçı üçün futbolçuların siyahısını müəyyənləşdirib.
 
O, martın 28-də Malta ilə Bakıda keçiriləcək qarşılaşmaya 24 oyunçu dəvət edib. AVRO-2016-nın seçmə oyununa dəvət alan futbolçular martın 22-də təlim-məşq toplanışına start verəcəklər. Millimiz maltalılarla qarşılaşmaya paytaxtda hazırlaşacaq.
 
Maraqlıdır ki, Prosineçki Topaz Premyer Liqasının yalnız 5 klubundan futbolçu dəvət edib. Onun “Neftçi”nin heç bir oyunçusuna güvənməməsi də diqqət çəkir. O, “ağ-qaralar”la yanaşı, “Simurq”, AZAL və “Bakı”nın da üzvlərinə etimad göstərməyib.
 
Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt")
 
Müdafiəçilər:
Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə)
 
Yarımmüdafiəçilər:
Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı “Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya)
 
Hücumçular: Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya), , Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”)

Milli.Az