Bakı, 19 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı gənclər birliyinin Bakı Slavyan Universiteti (BSU) üzrə gənclərinin hesabat seçki yığıncağı keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, yığıncaqda gənclər birliyinin yeni sədri, sədr müavinləri, idarə heyəti və YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin dördüncü rayon konfransına nümayəndələr seçiliblər.