Bakı, 19 mart, AZƏRTAC
“DəmirBank”ın Novruz bayramı münasibətilə “28 Mall” ticarət mərkəzində təşkil etdiyi bayram aksiyası davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyada Novruz bayramının ənənələrini özündə əks etdirən yarışma və müsabiqələr keçirilir. Bank yarışma və müsabiqə iştirakçıları ilə yanaşı, bayram aksiyasına qatılan hər bir kəsə kreditlərdə 3 faiz endirim, depozitlərdə 1 faiz əlavə faiz əldə etmək hüququ verən xüsusi imtiyaz kuponları da təqdim edir. İmtiyaz kuponlarını əldə edən müştərilər bir il ərzində bu xüsusi imtiyazlardan yararlana bilərlər.
Bayram aksiyası martın 25-dək davam edəcək.