[ 19 Mart 2015 18:57 ]



Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.

 

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Banqladeş arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.

 

E. Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.