Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə maddi yardımlar edilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) daim diqqət mərkəzində saxlanılan sosial yönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR-ın təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən Novruz bayramı münasibətilə Ağdam rayonunun “Dördyol 1,2”, “Təzəkənd” qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapmış 10 min 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 min nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13 min nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər qaçqın və məcburi köçkünə ümumi çəkisi 236.7 tona yaxın ərzaq yardımı aparılıb.
SOCAR-ın baş ofisinin nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibətilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq. Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və SOCAR-ın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47