İsveçrənin Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımaması barədə sənəd Azərbaycan tərəfinə təqdim edilib
Bakı, 19 mart, Aidə Quluzadə, AZƏRTAC
Martın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan İsveçrə dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini Corc Martinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkələrimizin müxtəlif istiqamətlərdəki əməkdaşlığından danışan Bahar Muradova Azərbaycanla İsveçrənin münasibətlərinin dostluq, tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslandığını söyləyib.
Milli Məclis sədrinin müavini ölkələrimizin dünyanı narahat edən məsələlərin həlli istiqamətində beynəlxalq qurumlardakı birgə fəaliyyətini, İsveçrənin ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə töhfə vermək istəyini qeyd edib. Diqqətə çatdırılıb ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.
Corc Martin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli güclü əlaqələrin qurulduğunu vurğulayaraq, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu söyləyib. Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, bu gün dünyada mövcud olan bütün münaqişələrin həllinə diqqət yetirilməlidir, heç bir münaqişə “dondurulmuş” adlandırılmamalıdır.
C. Martin İsveçrənin Federal Xarici İşlər Departamentinin bu ölkənin Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkilərini tanımadığı barədə sənədi Bahar Muradovaya təqdim edib. Sənəddə deyilir ki, beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmət edərək İsveçrənin Federal Xarici İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək “seçkiləri” etibarsız hesab edir. İsveçrənin Federal Xarici İşlər Departamenti bir daha vurğulayır ki, departament həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməkdə davam edir.
Qonaq Bakıda olduğu müddətdə şəhərin tarixi, mədəni yerləri, eləcə də dünya ölkələri üçün nümunə sayıla bilən “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olduğunu və bunu yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə parlamentlərarası münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47