Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının "Naxçıvan MR - 90 il", "Əsrin Kontraktı - 20 il" və "Bakı-Tbilisi-Qars dəmiryolu" mövzularında xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə elan etdiyi müsabiqə yekunlaşıb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim olunmuş eskizlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və Rəssamlar İttifaqının üzvü Natiq Fərəcullazadə hər 3 mövzuda hazırladığı dizayn üzrə qalib elan edilib. Qalib layihələrin hər biri üzrə müvafiq qaydada mükafatlandırılıb.
