Regionda ilk Data Mərkəzinin istismara verilmə tarixi məlum olub
"Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də respublikamızı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Ölkədə bu istiqamətdə daha bir ilkə imza atılması - Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması üzrə işlərə başlanması bu məqsədin reallaşmasına artıq bir addım da yaxınlaşdırır. Azərbaycanda ilk Tier III səviyyəli regional DATA mərkəzinin qurulması İKT sahəsində əldə olunan ən böyük uğurlardan hesab edilir", - deyə M. Quliyev bildirib.
Qeyd edək ki, DATA Mərkəz kimi tanıdığımız MESM-lər hazırda dünyanın bir çox ölkələrində mövcuddur. Data Mərkəzin ümumi enerji istifadəsi 2 MVt-dır. Mərkəzin ümumi sahəsi 1000 m2 təşkil edir. Lakin infrastruktur elə hesablanıb ki, onu genişləndirmək və yeni telekommunikasiya rəfləri əlavə etmək mümkündür. İlk mərhələdə, rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək.
Tier III ümumilikdə 4 səviyyəli qiymətləndirməyə uyğun olaraq yüksək kateqoriyalı səviyyə sayılır. Bu kateqoriyaya əsasən, mövcud mühəndis infrastrukturunun bütün altsistemlərinin ehtiyatlılığı, sistemin imtinaya qarşı dayanıqlılığı təmin olunur. Sadəcə olaraq analoji standartlar əsasında Data mərkəzlər quran digər xidmət təchizatçılarının təkliflərindən fərqli olaraq, dayanıqlığın təmin olunması real zəmanət deməkdir, yəni, Tier III səviyyəli Məlumat Mərkəzlərin iş fəaliyyətinin 100%-lik əmsal üzrə 99,982% etibarlılıq təmin olunacaq. Belə Mərkəzlərdə il ərzində cəmi dayanma vaxtı 1,6 saat ola bilər. Bütün bunlar texniki şərtlərdə nəzərə alınıb.
Həmçinin layihəyə əsasən, başqa bir coğrafi ərazidə MESM-in ehtiyat mərkəzinin yaradılması da nəzərdə tutulur. MESM-in qurulması üçün ATS-594 binası tamamilə boşaldılıb və hazırda belə mərkəzlər üçün nəzərdə tutulan texniki tələblərə əsasən binada rekonstruksiya işləri aparılır.
Bu layihə çərçivəsində dünyanın məşhur telekommunikasiya operatorları Azərbaycan bazarına cəlb olunacaq. Layihənin icrasında əsas hədəf MESM-i regional informasiya mərkəzinə çevirməkdir. Data Mərkəzin yaradılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevriləcək. Ölkədə Tier III səviyyəli MESM-in mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. Eyni zamanda regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bizim data mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47