Qusar, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 19-da Qusarda ağacəkmə kampaniyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, İDEA İctimai Birliyinin həyata keçirdiyi ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində reallaşan növbəti ağacəkmə kampaniyası zamanı rayon ərazisində 4 min 500 ağac əkilib. Ekoloji mühitin qorunması və yaşıllıq sahələrinin artırılması məqsədi daşıyan kampaniya çərçivəsində may ayına kimi rayon ərazisində 15 min ağacın əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ümumrespublika yaşıllaşdırma marafonunun ötən ilin payızında həyata keçirilən birinci mərhələsində Qusar rayonu ərazisində 9 mindən çox ağac əkilib.