Tunisin xarici işlər naziri: turistlərə hücum edən üç yaraqlı tutulub
Bakı, 19 mart, AZƏRTAC
Tunisin paytaxtındakı “Bardo” muzeyində törədilən terror aktı nəticəsində ağır yaralananlardan birinin həyatını itirməsi ilə ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə martın 19-da Fransanın BFM-TV telekanalının efirində Tunisin xarici işlər naziri Tayeb Bakkuş məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum edənlərdən üçünün artıq saxlanıldığını deyən Tayeb Bakkuş dördüncü basqınçının axtarışının davam etdiyini bildirib.
Bir qədər isə əvvəl girovların azad edilməsi üçün aparılan xüsusi əməliyyat zamanı iki basqınçının öldürüldüyü barədə məlumat yayılmışdı. İlkin versiyaya görə, terror aktı “Məğrib ölkələrindəki Əl-Qaidə”yə bağlı “Okba ibn Nafaa” qruplaşmasının yaraqlıları tərəfindən həyata keçirilib.
Hadisə ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət müəssisələri, diplomatik nümayəndəliklər, mülki obyektlər, xüsusən turizm infrastrukturu ciddi nəzarətə götürülüb.
Qeyd edək ki, martın 18-də Tunisdə avtomobillə parlament binasının yaxınlığındakı “Bardo” muzeyinin ərazisinə daxil olaraq avtobuslardan düşən turistlərə atəş açan hərbi geyimli iki silahlı şəxs bundan sonra sağ qalanları binanın içərisinə doldurublar.
Həlak olanlar və yaralananlar arasında Cənubi Afrika Respublikası, Polşa, İtaliya, Almaniya, İspaniya, Fransa, Yaponiya və digər xarici ölkə vətəndaşlarının olduğu bildirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47