SOCAR-ın “Neftqaztikinti” trestinin yeni inzibati binası istifadəyə verilib
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Neftqaztikinti” trestinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə R.Abdullayev Novruz bayramı münasibətilə bütün neftçiləri, o cümlədən trestin kollektivini təbrik edib. Rəmzi qırmızı lenti kəsən SOCAR-ın prezidenti binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş binanın inşasına ötən ilin yanvarından başlanılıb. “Neftqaztikinti” trestinin 5 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən inşa olunan yeni inzibati bina pilləvarı olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kilovoltluq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8 min 247 kvadratmetrə yaxın sahəsi olan binanın ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb.
R.Abdullayev inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləyib. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. SOCAR-ın prezidenti neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47