"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya müharibəsinin 100-cü ilinin sənədləri" sərgisində bəyan edib.
"Erəməni diasporu dünyanın hər yerində "soyqırım" iddialarına söykənərək, Türkiyəyə qarşı düşmənliyini geniş şəkildə yaymağa çalışır", - o, deyib.
Türkiyə prezidenti bildirib ki, birinci dünya müharibəsi illərində Balkanlarda, Qafqazda müsəlmanlar ən böyük soyqırımı yaşayıb: "Anadoluda ermənilərin gördüyü zərər qədər yüz minlərlə müsəlman ermənilərdən ziyan görüb. Bunların hamısı haqda sənədlər var. Bütün sənədlər buradadır. Bizim əlimizdə milyondan çox sənədimiz var. Sənin nə qədər sənədin var? Göstər, sənədlərini".
O, tarixçiləri, arxiv işçilərini, siyasi araşdırmaçıları, arxeoloqları, hüquqçuları 1915-ci il hadisələrini araşdırmaq üçün arxivlərə göndərməyə çağırıb.