[ 19 Mart 2015 16:15 ]
Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov “Minsk dialoqu” mövzusunda konfransda iştirak etmək üçün martın 26-dan 28-dək Belarusda səfərdə olacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, Minsk şəhərində keçiriləcək toplantı Avropa Komissiyasının dəstəyi, Belarus Liberal Klubu və Ostroqorsk Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
Deputat konfransda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.