İsveç yeni sualtı qayıqlar alır
Stokholm, 19 mart, AZƏRTAC
İsveç hökuməti yerli “Saab Kockums” hərbi-sənaye müəssisəsindən iki yeni sualtı qayığın alındığını açıqlayıb.
Bu barədə İsveçin müdafiə naziri Peter Hultkvist məlumat verib. O, bu qərarı dünyaya mühüm xəbərdarlıq da adlandırıb. Nazir deyib: “Bu növ sualtı qayıqlar məsrəf baxımından çox əlverişlidir, böyük sensor gücünə və uzaq fəaliyyət radiusuna malikdir. Bu son dərəcə yüksək texnoloji sualtı qayıqlar İsveçin müdafiə qabiliyyətini möhkəmləndirməyə xidmət edəcək”.
Gözlənildiyinə görə, yeni sualtı qayıqlar İsveç Hərbi Dəniz Qüvvələrinin (HDG) sərəncamına 2020-ci ildə veriləcək. Nəzərdə tutulan sərmayənin həcmi 8,2 milyard İsveç kronu təşkil edəcək.
Qeyd edək ki, son vaxtlar İsveç Baltika regionunda təhlükəsizlik ilə bağlı vəziyyətin pisləşməsi, sahil sərhəd xəttinin pozulması, habelə Ukraynada baş verən münaqişə ilə bağlı özünün müdafiə qabiliyyətini möhkəmləndirmək siyasəti yürüdür. Məsələn, “Saab” və “FMV” (İsveç Müdafiə Nazirliyinin maddi-texniki təminat idarəsi) İsveç Silahlı Qüvvələrinin sualtı müdafiə qabiliyyəti barəsində niyyət protokolu imzalayıblar. Protokol sualtı qayıqların və digər sualtı sistemlərin inkişaf etdirilməsini, layihələndirilməsini və istehsal edilməsini ehtiva edir. Potensial sifarişlərin məbləği təqribən 11,2 milyard İsveç kronuna bərabərdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47