Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun təsdiq edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə “torpağın ayrılması” sözlərindən sonra “,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilib.