Varna, 19 mart, AZƏRTAC 
Bolqarıstanın Varna şəhərinin mərkəzində aparılan təmir işləri zamanı arxeoloqlar nəhəng insan skeleti tapıblar. Eyni zamanda, Odesos qalasının, IV-VI əsrə aid yaşayış evinin qalıqları da aşkar edilib. Alimlər Odesos qalasına girişin tapılması üçün Müqəddəs Nikolay kilsəsinin önündə qazıntılar aparmaq üçün icazə almaq fikrindədirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Varna