Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olacaq.

 

Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşacaq. İlk görüşdə rəqibinə uduzan (1:2) “qara qartallar” növbəti mərhələyə keçmək niyyətindədi.

 

“Roma” evdə "Fiorentina” ilə üz-üzə gələcək. 1:1 hesabı ilə başa çatan ilk oyunda qolsuz bərabərlik də qonaqlara sərf edəcək.

 

 

Avropa Liqası

1/8 final, cavab oyunları

19 mart

21:00. “Dinamo” (M, Rusiya) - “Napoli” (İtaliya)

İlk oyun – 1:3

 

22:00. “Roma” (İtaliya) - "Fiorentina” (İtaliya)

İlk oyun - 1:1

 

22:00. “Dinamo” (K, Ukrayna) – Everton” (İngiltərə)

İlk oyun – 1:2

 

00:05. “Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna)

İlk oyun – 0:1

 

00:05. “Beşiktaş” (Türkiyə) - “Brügge” (Belçika)

İlk oyun – 1:2

 

00:05. “İnter” (İtaliya) - "Volfsburq" (Almaniya)

İlk oyun – 1:3

 

00:05. “Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya)

İlk oyun – 3:1

 

00:05. “Torino” (İtaliya) - “Zenit” (Rusiya)

İlk oyun – 0:2