Naxçıvan şagirdləri Qəbələyə ekskursiyadan məmnun qalıblar
Qəbələ, 19 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan məktəbliləri Qəbələ rayonu ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak edən Naxçıvan, Ordubad, Şərur, Babək, Culfa, Kəngərli, Şahbuz rayon məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yüksək səviyyədə qarşılanıb. Əvvəlcə oteldə şagirdlərə İsmayıllı-Qəbələ-Şəki marşurutu üzrə təşkil edilən və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Şagirdlərə Qəbələnin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, qədim abidələri, mənzərəli guşələri, son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri haqqında məlumat verilib, onların sualları cavablandırılıb. Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Şagirdlər əvvəlcə Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Tur-aksiya iştirakçılarına məlumat verilib ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qəbələnin çox zəngin tarixi vardır. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiya iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim və müasir Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Rayona səfər edən şagirdlərin üz tutduqları məkanlardan biri də Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi olub. Böyük həvəslə şəlaləyə ekskursiya edən Naxçıvan məktəbliləri gözəl təbiət qoynunda istirahət ediblər, çay içərək mənzərəli guşədə xatirə şəkilləri çəkdiriblər. Şagirdlərə sıx meşəlik və hündür dağlıq ərazidə yerləşən “Yeddi gözəl” şəlaləsi barədə məlumat verilib.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Məktəblilər muzeyin qarşısında kollektiv xatirə şəkli çəkdiriblər. Naxçıvan şagirdlərinin daha çox marağına səbəb olan yerlərdən biri isə Nohur gülü olub.
Onlara məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır. Göl balıqçılığın və idmanın avarçəkmə növünün inkişaf etdirməsi baxımından böyük əhəmiyyətə malikdir. Hazırda gölün ətrafında 10-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Onlara məlumat verilib ki, kilsə tarixi baxımdan rayonun ən qədim və əhəmiyyətli abidələrindən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Çünki, bu qəsəbədə müsəlmanlarla xristianlar daim birgə və mehriban şəraitdə yaşayıblar.
Naxçıvan şagirdləri Qəbələyə səfərləri zamanı rayonda yaradılan müasir turizm infrastrukturu, otel və istirahət mərkəzləri ilə də tanış olublar. Məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildiriblər və xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50