Ağstafa, 19 mart ,AZƏRTAC
Xalqımızın milli bayramı Novruzun gəlişi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin kollektivi “N” saylı hərbi hissədə olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əsgər və zabitlər Novruz bayramı münasibətilə təbrik edilib və onlara bayram sovqatları təqdim olunub.
Hərbi hissə rəhbərliyi göstərilən diqqətə görə Silahlı Qüvvələrin Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib.