Rusiya prezidenti Vladimir Putin aprelin üçüncü ongünlüyündə Ermənistana səfər edə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfərin tarixi dəqiqləşdirilir: "Həqiqətən də səfər məsələsi gündəmdədir. Səfərə hazırlıq aparılır və müzakirə olunur. Tarix dəqiqləşəndə bu barədə məlumat veriləcək".

Milli.Az