Ərdoğandan ermənilərə sillə
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "100-ci ilində Dünya Müharibəsinin Sənədləri" adlı tədbirdə deyib.
Türkiyə prezidenti qeyd edib ki, erməni diasporu dünyanın hər yerində soyqırım iddialarına əsaslanan kampaniyalar təşkil etməklə Türkiyəyə qarşı düşmənçiliyi cəmiyyətə aşılamağa çalışır:
"Bu kampaniyaların məqsədi tarixin bir dövründə ermənilərin yaşadığı ağrıları təzə saxlamaqdan daha çox birbaşa ölkəmizə və millətimizə düşmənçilik etməkdir. Tarixin hər dövründə olduğu kimi bu böyük müharibə illərində da yaşanmış ağrılar, faciələr ola bilər. Bu hadisələr yalnız ermənilərə təsir etməyib. Balkanlarda, Qafqazda tarixin ən böyük müsəlman qırğınları bu dövrdə yaşanıb. Anadoluda ermənilərin gördüyü zərər qədər ermənilərdən ziyan görən yüz minlərlə insan var. Bu məsələ beynəlxalq siyasətə alət ediləcək bir məsələ deyil".
Türkiyə prezidenti Ermənistan rəhbərliyinə səslənərək arxivlərə baxmağı məsləhət görüb: "Buyurun bizim arxivlərimiz, sənədlərimiz burdadır. Bizim hazlrda yüz minlərlə, milyonu ötmüş sənədimiz. Sənin nə qədər sənədin var? Çıxar sənədlərini, tarixçilərə, arxeoloqlara, hüquqçulara tapşırıq verək. Gəlsinlər, bu sənədlər üzərində çalışsınlar. Hər şey ortadadır. Həqiqəti burada axtaraq. Sizin bu kampaniyaları necə davam etdirdiyinizi biz çox yaxşı bilirik. Biz bu günə qədər bu çağrışlarımıza bir qarşılıq tapa bilmədik".
R.T.Ərdoğan bildirib ki, məqsəd həqiqəti tapmaq deyil, yaradılan qavrayış üzərindən Türkiyəyə hücum etmək, zərər verməkdir: "Heç kim inciməsin. Bizim bu mövzuda kimsəyə verəcəyimiz bir hesabımız yoxdur. Biz yalnız öz millətimizin son 100-150 illik yaşadığı ağrıların arxasına düşsək, erməni iddialarından qatbaqat daha çox söyləyəcək sözümüz, soruşacaq hesabımız çıxar", - deyə prezident qeyd edib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47