SOCAR-ın "Neftqaztikinti" Trestinin yeni inzibati binası istifadəyə verilib
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir ki, R.Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirib, yaradılan şəraitlə tanış olublar. SOCAR prezidentinə məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilən bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb. “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunub 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1 000 kV-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. Sahəsi 8 247 kv. metrə olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü salınıb, yaşıllıq salınıb.
SOCAR prezidenti R.Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47