Bakı, 19 mart, AZƏRTAC
“Expressbank” istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, qeyd edilən tarixlərdə bankın Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10-dan 14-dək işləyəcək.
Bu tarixlərdə “Expressbank” əmanətlər, kreditlər, təcili pul köçürmələri, bank kartları və s. üzrə əhaliyə xidmət göstərəcək.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.